• 11 İyul 2020
logo
Türkiyədə daha 47 nəfər koronavirusdan ölüb

Türkiyədə daha 47 nəfər koronavirusdan ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 47 nəfər ölüb.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşım edib.
Nazir qeyd edib ki, son 24 saatda 36 187 şübhəli koronavirus testindən keçib, onlardan 1542 nəfərin cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 3786 nəfər ölüb, 138 657 nəfər bu infeksiyaya yoluxub, 92 691 nəfəri isə müalicə olunub. Bu gün 3211 xəstə evə buraxılıb.