Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 May “Avropa günü”nün 70-ci ildönümü münasibətilə Avropa İttifaqının (Aİ) Türkiyə nümayəndəliyinə “Birlik, bərabərlik” mesajı ünvanlayıb.
APA-nın yerli bürosunun Türkiyə mediasına istinadla verdiyi məlumata görə, Ərdoğan bildirib ki, 1999-cu ildən Türkiyənin namizədlik statusunun Aİ-də qeyd olunmasından sonra “Avropa günü” ölkəsində də qeyd edilir.
Aİ Sçuman Bəyannaməsinin yaranma tarixini xatırladan Türkiyə Prezidenti qeyd edib ki, bu ideya vaxtilə bütün dünyanı viran qoyan müharibədən sonra yenidən dirçəlməyə, ölkələrin fikir ayrılıqlarını və düşmənçiliklərini sülh, təhlükəsizlik, inkişaf və rifahı üçün birləşməsinə imkan verib. Prezident hazırda isə heç bir sərhəd tanımayan ortaq düşmənin – yeni növ koronavirusun (COVID-19) təkcə sağlamlığı deyil, insanların rifahını, sosial həyatını, humanitar əlaqələrini belə təhlükə altında qoyduğunu bildirib.