• 11 İyul 2020
logo
Ərdoğan: “Qaydalara əməl edilməsə, tədbirlər sərtləşdirilə bilər”

Ərdoğan: “Qaydalara əməl edilməsə, tədbirlər sərtləşdirilə bilər”

“Ölkəmizi pandemiya müsibətindən qurtaracağıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Millətimizin verdiyi dəstək ən böyük güc mənbəyimizdir. Yanımızda olan xalqımızdan bir müddət daha bu həssaslığını davam etdirməsini gözləyirik”, - deyə Türkiyə Prezidenti bildirib.

Ərdoğanın sözlərinə görə, may ayında yumşalma tədbirlərindən sonra vətəndaşların qaydalara əməl edəcəklərinə ümid edirlər.

“Əks təqdirdə tədbirləri yenidən sərtləşdirmək məcburiyyətində qala bilərik. Pandemiyanı nə qədər tez məğlub etsək, normal həyata o qədər tez qayıdacağıq. Pandemiyanın öhdəsindən gəlmək bizim öz əlimizdədir”, - deyə Türkiyə Prezidenti vurğulayıb.