• 3 İyun 2020
logo
Türkiyədə ali məktəblərin iyunun 15-də açılması planlaşdırılır

Türkiyədə ali məktəblərin iyunun 15-də açılması planlaşdırılır

Türkiyədə ali məktəblər iyunun 15-də açıla bilər.
Bu barədə Yüksək Öyrənim Qurumu (YSK) açıqlama yayıb.
Açıqlamada bildirilib ki, dövlətin aidiyyəti qurumları iyunun 1-də pandemiyanın nəzarət altına alındığını və yoluxma sayında azalma olduğunu bəyan edərsə, ali məktəblərdə normallaşma prosesinə başlanacaq. Bu proses mərhələli şəkildə olacaq.
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bu il martın 15-də Türkiyədə bütün təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.