• 7 İyul 2020
logo
Türkiyə DİN: PKK-ya qoşulanların sayında azalma müşahidə edilir

Türkiyə DİN: PKK-ya qoşulanların sayında azalma müşahidə edilir

Bu ilin aprel ayında həyata keçirilən əməliyyatlar nəticəsində 37 terrorçu zərərsizləşdirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat katibi İsmayıl Çataklı bildirib.

Onun sözlərinə görə, həmin terrorçulardan 11 nəfəri öldürülüb, 22 terrorçu yaralı olub.

DİN rəsmisi deyib ki, 4 terrorçu özü təslim olub, zərərsizləşdirilən terrorçular PKK və İŞİD üzvləridir.

İ. Çataklı vurğulayıb ki, Türkiyədəki mövcud terrorçu sayı ilk dəfə 500-dən aşağı enib: “Aparılan araşdırmalara görə, ölkə daxilində olan terrorçu sayı 492-dir”.

O qeyd edib ki, ilin əvvəlindən bu günə kimi PKK terror təşkilatına qoşulanların sayında azalma müşahidə edilir.