• 25 Noyabr 2020
logo
Türkiyədə koronavirusdan ölənlərin sayı 3258 nəfərə çatıb

Türkiyədə koronavirusdan ölənlərin sayı 3258 nəfərə çatıb

Türkiyədə son 24 saat ərzində daha 84 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3258 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2188 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 122392 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən sutka ərzində 4922 nəfər sağalıb, sağalanların ümumi sayı 53808 nəfər təşkil edir.