• 27 İyul 2024
logo
Türkiyədə arxeoloqlar ilahə Higeyanın heykəlinin başını aşkar ediblər

Türkiyədə arxeoloqlar ilahə Higeyanın heykəlinin başını aşkar ediblər

Türkiyənin cənub-qərbindəki Dənizli vilayətindəki qədim Laodikeya yaşayış yeri ərazisində qazıntı işləri aparan arxeoloq qrupu qədim yunanların sağlamlıq ilahəsi Higeyanın heykəlinin yuxarı hissəsini aşkar ediblər.

AZƏRTAC xəbər verir ki, təbabət tanrısı Asklepinin qızının 2100 illik heykəlini Pamukkale Universitetinin professoru Cəlal Şimşəyin rəhbərlik etdiyi mütəxəssislər aşkar ediblər.

Şimşək sosial şəbəkələrdə tapıntının fotosunu paylaşaraq heykəlin təxminən iki min il torpaq altında qaldığını qeyd edib.

Qədim Yunan mifologiyasında Higeya çox vaxt sol əlində fincan, sağ əlinə sarılmış ilanla təsvir edilir.