• 20 Oktyabr 2020
logo
Türkiyədə 3 məhkum koronavirusdan ölüb

Türkiyədə 3 məhkum koronavirusdan ölüb

Türkiyənin 5 cəzaçəkmə müəssisəsində 17 məhbusda koronavirus aşkarlanıb.
APA-nın yerli bürosunun NTV-yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül bildirib.
Nazir deyib ki, həmin məhkumlardan 3-ü COVID-19-dan ölüb. Ə Gülün sözlərinə görə, indiyədək xüsusi rejimli həbsxanalarda məhbuslar arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb.