Türkiyənin Daxili İşlər Nazirliyi Ramazan bayramı günlərində qanunsuz odlu silahların müsadirəsi üzrə irimiqyaslı əməliyyat həyata keçirib.
AZƏRTAC xəbər verir ki, “Obyektiv-17” adlı dördgünlük əməliyyat zamanı ölkənin 74 vilayətində yerli və xarici ölkə istehsalı olan qeydiyyatsız odlu silahlar saxlayan 869 nəfər saxlanılıb. Polis onlardan 707 ədəd silah, o cümlədən 500-dən artıq tapança, tüfəng müsadirə edib.
Türkiyə DİN-in başçısı Ali Yerlikaya özünün sosial şəbəkə hesablarında yazıb ki, silah qaçaqmalçılığı və qanunsuz odlu silah saxlayan şəxslərlə mübarizə bundan sonra da davam edəcək.