• 22 İyul 2019
logo
add image
Mehdiabadda xatirə turniri

Mehdiabadda xatirə turniri

Abşeron rayonu Mehdiabad qəsəbəsində futbol turniri başlayıb.
“Mehdiabad” futbol klubunun təşəbbüsü ilə təşkil olunan yarış tanınmış mərhum ziyalı, Mehdiabad qəsəbəsi 1 nömrəli tam orta məktəbin tarix müəllimi olmuş Arif Həsənovun xatirəsinə həsr olunub. Açılış mərasimində Həsənovun ailə üzvləri, uzun illər tarix müəllimi kimi çalışdığı məktəbin direktoru Pənah Babayev, təhsil ocağının müəllim və şagird kollektivi, mərhumun dostları, qəsəbə sakinləri iştirak ediblər. Mərasimdə nitq söyləyənlər Arif müəllim haqqında xoş fikirlər səsləndirib, xatirələrini bölüşüb, onun könüllərdə daim yaşayacağını bildiriblər.
Sonra yarışlara start verilib. Həmin gün 4 komanda meydançaya çıxıb. Yarışlarda müxtəlif yaş qruplarından ibarət 6 komanda təmsil olunur. Qaliblər “Mehdiabad” FK tərəfindən kubok, medal və diplomlarla mükafatlandırılacaqlar.