• 17 İyul 2025
logo
MDU-nun minifutbol komandası şəhər birincisi olub

MDU-nun minifutbol komandası şəhər birincisi olub

Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri arasında minifutbol üzrə şəhər turniri keçirilib.

MDU-dan Baymedia.az-a bildirilib ki, universitetin idman-sağlamlıq kompleksində üç gün ərzində davam edən turnirdə MDU, Mingəçevir Turizm Kolleci və Mingəçevir Peşə Məktəbinin tələbələrindən ibarət 6 komanda mübarizə aparıb.

Maraqlı mübarizə şəraitində keçən şəhər turnirində MDU komandası I yerin, Mingəçevir Turizm Kollecinin komandası II yerin, MDU-nun “Bir Könüllü” komandası III yerin sahibi olub. Qalib komandalar kubok və diplomlarla mükafatlandırılıblar.