• 2 Aprel 2020
logo
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun ikinci günü start götürüb

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun ikinci günü start götürüb

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun ikinci günü start götürüb.

Yarışın ilk günündə kişilər arasında dayaqlı tullanmada, dəstəli at üzərində və turnikdə hərəkətlər üzrə təsnifat yarışları baş tutacaq. Qadınlar sərbəst hərəkətlərdə və gimnastika tiri üzərində hərəkətlər üzrə finalçıları müəyyənləşdirəcək.

Xatırladaq ki, birinci günün yekununda Azərbaycan gimnastı Marina Nekrasova dayaqlı tullanmada finala vəsiqə qazanıb.

Azərbaycanı Dünya kubokunda Murad Ağarzayev, Marina Nekrasova, Ağamurad Qəhrəmanov, İvan Tixonov, Samirə Qəhrəmanova və Cavidan Babayev təmsil edir.

Tokio-2020 Olimpiya Oyunlarına lisenziya xarakterli bu Kubok 12-15 mart tarixlərində təşkil ediləcək. Turnirdə 42 ölkədən 158 idmançı iştirak edir.

Dördgünlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.