• 25 Aprel 2024
logo
Azərbaycan millisi Polşaya qarşı

Azərbaycan millisi Polşaya qarşı

Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi bu gün AVRO-2021-in seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, D qrupunda yer alan yığma 4-cü sınağında Bakıda Polşa seçməsi ilə qarşılaşacaq.

"ASK Arena"dakı görüş saat 18:00-da start götürəcək. Matçı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Siyasət Əsgərovun baş məşqçi olduğu yığma buna qədər qrupda keçirdiyi oyunlarda İspaniya və Çexiyaya 0:4, Belarusa isə 1:3 hesabı ilə uduzub.

AVRO-2021

Seçmə mərhələ, IV tur

D qrupu

11 mart

18:00. Azərbaycan - Polşa

Baş hakim: Kristiana Mariana

Yan xətt hakimləri: Petruta Luqulesku, Daniela Konstantinesku

Dördüncü hakim: Luliana Demetresku (hakimlər briqadası Rumıniyadandır)

UEFA nümayəndəsi: Marta Atsori (İtaliya)