• 26 Aprel 2024
logo
AFFA rəsmisi beynəlxalq oyuna təyinat aldı

AFFA rəsmisi beynəlxalq oyuna təyinat aldı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hakimlər Komitəsinin sədri Fritz Stuchlik beynəlxalq oyuna təyinat alıb.
Federasiyadan verilən məlumata görə, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində martın 31-də Lvov şəhərində keçiriləcək Ukrayna – Şimali İrlandiya oyununun hakim-inspektoru Fritz Stuchlik olacaq.