• 26 May 2020
logo
Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçılarının podium məşqləri keçirilir

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçılarının podium məşqləri keçirilir

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçılarının podium məşqləri keçirilir.

Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku fevralın 15-16-da Bakıda baş tutacaq.

30 ölkənin 150-dək gimnastının mübarizə aparacağı builki turnir 2020-ci Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edəcək.