• 29 Mart 2024
logo
Formula 1 yarışının Azərbaycan üçün bir çox faydaları var - Çeyz Kerri

Formula 1 yarışının Azərbaycan üçün bir çox faydaları var - Çeyz Kerri

Formula 1 üzrə Azərbaycan Qran-prisinin ölkəyə bir çox faydaları var. Bu yarış Azərbaycanın dünyaya tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bunu Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru və sədri Çeyz Kerri Bakı "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda çıxışında deyib.

Ç.Kerri Azərbaycanın bu yarışı yüksək səviyyədə təşkil etdiyini bildirib. O qeyd edib ki, Azərbaycanın peşəkar komandası var və birgə əməkdaşlıq nəticəsində yarışlar yüksək səviyyədə təşkil edilir.

Onun sözlərinə görə, Bakı Şəhər Halqası trekində müəyyən dəyişikliklər ola bilər.

Ç.Kerri vurğulayıb ki, Bakı bu yarışların keçirilməsi üçün gözəl məkandır.

O, həmçinin bu il dünya üzrə 22 Qran-pri təşkil ediləcəyini qeyd edib.