• 20 Aprel 2024
logo
Nazir: Turistlər arasında Formula 1-ə gələn insanlar böyük yer tutur

Nazir: Turistlər arasında Formula 1-ə gələn insanlar böyük yer tutur

Hər il Azərbaycana gələn turistlər arasında Formula 1-ə gələn insanlar böyük yer tutur.

Trend-in məlumatına görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov Bakıda "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda deyib.

Nazir qeyd edib ki, Formula 1 üzrə Azərbaycan Qran-prisinin bir çox faydaları, o cümlədən kadr potensialı, infrastruktur və turizm potensialı baxımından böyük əhəmiyyəti var.

A.Rəhimov son illərdə Azərbaycanın çoxlu sayda beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini vurğulayıb. Onun sözlərinə görə, təkcə 2019-cu ildə Bakıda ümumilikdə 250, o cümlədən, 60 beynəlxalq yarış keçirilib.

Nazir əlavə edib ki, Azərbaycan bu il də bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edəcək.