• 20 Aprel 2024
logo
Yaponiyadan Almaniya üzərində möhtəşəm qələbə

Yaponiyadan Almaniya üzərində möhtəşəm qələbə

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında Almaiya və Yaponiya yığmaları arasında E qrupunun I turun oyunu başlayıb.

Baymedia.az xəbər verir ki, qarşılaşma "Xəlifə" stadionunda keçirilir.

***

İlkay Gündoğan 33-cü dəqiqədə penalti zərbəsi ilə Almaniya yığmasını 1-0 önə keçirdi.

***

Yaponiya Doanın 75-ci dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirdi: 1-1.

***

Yapaniya matçın 83-cü dəqiqəsində Asanonun qolu ilə hesabda irəli çıxdı: 2-1.

***

Yaponiya ilk hissədə 1-0 geridə olduğu oyunda 2-1 hesabı ilə qalib gəldi.