• 16 İyun 2025
logo
UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirib

UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirib

UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların siyahısı yenilənib.

Baymedia.az yarışın rəsmi tviter hesabına istinadən xəbər verir ki, "10-luq"da Azərbaycan təmsilçisi "Qarabağ" da yer alıb.

Son 5 matçda qələbə qazanan "köhlən atlar" ilk "4-lük"də göstərilib.

Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. "Köhlən atlar" keçirdiyi son 5 qarşılaşmanın hamısında qalibiyyət əldə edib.

Qeyd edək ki, "Qarabağ" oktyabrın 13-də Bakıda Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.