• 23 Oktyabr 2024
logo
Aleksandr Usik Coşuanı yenə məğlub etdi

Aleksandr Usik Coşuanı yenə məğlub etdi - Video

WBA, IBF, WBO və IBO versiyaları üzrə ağır çəkidə dünya çempionu ukraynalı Aleksandr Usik britaniyalı Entoni Coşua ilə üz-üzə gəlib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüş 12 raund davam edib. Usik hakimlərin qərarına əsasən qalib elan olunub. Ukraynalı idmançı karyerasındakı 20-ci qarşılaşmasında 20-ci qələbəsini qazanıb. Bu, boksçular arasında cavab görüşü idi. 2021-ci ilin sentyabrında İngiltərədə gerçəkləşən ilk döyüşdə də Aleksandr Usik rəqibini məğlub etmişdi.