• 19 Aprel 2024
logo
İslamiadanın təntənəli bağlanış mərasimi keçirilir

İslamiadanın təntənəli bağlanış mərasimi keçirilir

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilir.
Mərasim Konyadakı 15 İyul Stadionunda təşkil olunur.
Tədbirdə Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu və İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) prezidenti Abdülaziz bin Türki el Faysal el-Suud iştirak edirlər.
Əvvəlcə Konyanın tarixi, mədəniyyəti və turizm potensialından bəhs edən videoçarx nümayiş olunub.
Sonra Türkiyənin Dövlət Bayrağı qaldırılıb və Dövlət Himni – “İstiqlal Marşı” səsləndirilib.
Daha sonra Oyunlarda iştirak edən 54 ölkənin bayrağı səhnəyə gətirilib. Bağlanışda Azərbaycan nümayəndə heyətinin bayraqdarı İslam Həmrəyliyi Oyunlarının üçqat mükafatçısı – basketbol 3x3 milli komandasının üzvü Zaur Paşayev olub.
Yarışların iştirakçıları, o cümlədən Azərbaycan idmançıları stadiona daxil olaraq paradda iştirak ediblər.
Beşinci İslam Həmrəyliyi Oyunlarından bəhs edən videoçarx nümayiş etdirilib.
Bağlanış mərasimi davam edir.