• 26 Noyabr 2022
logo
"Qarabağ"dan möhtəşəm qələbə: Pley-offa vəsiqə qazandı

"Qarabağ"dan möhtəşəm qələbə: Pley-offa vəsiqə qazandı

21:24

Macarıstanda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Ferentsvaroş" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

Avropa futbol qurumunun rəsmi saytının məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:

"Ferentsvaroş": 90. Deneş Dibus, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 15. Adnan Kovaçeviç, 16. Kristofer Zakariasen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 25. Rasmus Telander, 70. Frank Boli, 93. Aissa Laiduni

Ehtiyat oyunçular: 1. Adam Boqdan, 61. Sabolç Merql, 4. Mats Knuster, 5. Muhamed Beşiç, 8. Rayan Mmae, 19. Balint Veçei, 23. Lorand Paska, 28. Karlos Auski, 44. Styepan Lonçar, 50. Markinyos, 76. Kristian Listeş

Baş məşqçi: Stanislav Çerçesov

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 7. Riçard Almeyda, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün "Groupama Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

***

Yerli vaxtla 22:00-da "Ferentsvaroş" "Qarabağ" matçı start götürüb.

***

7-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Abdullah Zubir hesabı açıb: 0 - 1

***

53-cü dəqiqədə Vaci "Qarabağ"a 2-ci topu qazandırıb: 0 - 2

***

78-ci dəqiqədə Vaci 3-cü qolu rəqibin qapısından keçirib: 0 - 3

***

86-cı dəqiqədə "Ferentsvaroş"un oyunçusu fərqi azaldıb: 1- 3

***

Beləliklə, "Qarabağ" 3-1 hesabı ilə "Ferentsvaroş"u məğlub edib və bununla da pley-offa vəsiqə qazanıb. Ağdam təmsilçisi bu raundda Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq.