• 25 Aprel 2024
logo
Azərbaycan çempionatları tarixində 13000-ci qol vurulub

Azərbaycan çempionatları tarixində 13000-ci qol vurulub

Azərbaycan çempionatları tarixində 13000-ci qol vurulub.
Yubiley qolu Azərbaycan Premyer Liqasının I turunun “Sabah” – “Sumqayıt” görüşünə (3:0) təsadüf edib.
Qarşılaşmadakı sonuncu qolun müəllifi olan Kristian Sebalyos ölkə çempionatlarının 30 illik tarixinə düşüb. O, 13000 qolun müəllifi olub.
Bu, baş tutan 5100-cü qarşılaşmaya təsadüf edib. Daha 278 matçda texniki nəticə qeydə alınıb.
Qeyd edək ki, ölkə çempionatlarının ilk qoluna Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə qonaqların qapısına yol tapıb.