• 16 İyul 2024
logo
İranlı “Hulk” rəqibinə 30 saniyə dözdü

İranlı “Hulk” rəqibinə 30 saniyə dözdü - Video

İranlı "Hulk" kimi tanınan sosial media fenomeni Səccad Qəribi ilk real boks matçında biabır olub. Bədən quruluşu ilə görənləri təəccübləndirən iranlı "Hulk" və qazaxıstanlı "Titan" ləqəbli Cumanov Almat Baxitoviç Dubayda "P7 Arena"sında maraqlı döyüş keçiriblər. Qazaxıstanlı rəqibinə sadəcə 30 saniyə tab gətirə bilən iranlı "Hulk" sosial şəbəkədə gülüş obyektinə çevrilib.