• 16 Aprel 2024
logo
Məşhur futbolçu karyerasını başa vurub

Məşhur futbolçu karyerasını başa vurub

İtaliya yığmasının və “Roma”nın sabiq futbolçusu Daniele De Rossi karyerasını başa vurub.

Trend-in məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi bu qərarını xüsusi mətbuat konfransında açıqlayıb.

Qeyd edək ki, 2001-2019-cu illərdə “Roma”nın şərəfini qoruyan Daniele 616 oyunda 63 qol vurub. De Rossi “Roma” ilə 2 dəfə İtaliya kubokunun, bir dəfə İtaliya superkubokunun qalibi olub. 2006-cı ildə isə o, İtaliya yığmasının heyətində dünya çempionatının qalibi olub.