• 19 Aprel 2024
logo
“Mançester Siti”nin sahibi “Palermo”nu alıb

“Mançester Siti”nin sahibi “Palermo”nu alıb

“Palermo” klubu bu gün “City Football Group”a qoşulub.
İtaliya təmsilçisi artıq adıçəkilən şirkətin tərkibinə daxil olub.
“City Football Group” bu barədə iyulun 4-də rəsmi məlumat yayacaq. Şirkət dünyada 10 futbol klubuna sahibdir ki, onlardan ən məşhuru “Mançester Siti”dir.
Qeyd edək ki, “Palermo” 2019-cu ildə müflis elan edilib və daha sonra D seriyasından başlamalı olub. Ötən mövsümün sonunda komanda B seriyasına qayıdıb.