• 15 Avqust 2022
logo
FİDE reytinqində Şəhriyar Məmmədyarov irəliləyib, Teymur Rəcəbov geriləyib

FİDE reytinqində Şəhriyar Məmmədyarov irəliləyib, Teymur Rəcəbov geriləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
İlk “10-luq”da yenə Azərbaycanın heç bir təmsilçisi yer almayıb.
İki pillə irəliləyən Şəhriyar Məmmədyarov 2759 xalla 12-ci yerə yüksəlib. Aktivində 2738 xal olan Teymur Rəcəbov 5 addım geriləyib. Qrossmeysterimiz 18-ci yerdə qərarlaşıb.