• 23 Aprel 2024
logo
Boks üzrə Azərbaycan birinciliyi start götürür

Boks üzrə Azərbaycan birinciliyi start götürür

Bu gün Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start veriləcək.
Bakı Boks Mərkəzində təşkil olunacaq yarış 7 gün davam edəcək.
Oğlanlar 16, qızlar 13 çəki dərəcəsində güclərini yoxlayacaqlar. Bu birincilik Azərbaycan boks tarixində ilklə əlamətdar olacaq. Əgər indiyədək qız və ya qadın boksçular müsabiqədənkənar yarışa qatılırdısa, bu dəfə rəsmi olaraq rinqə çıxacaqlar.
Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandanın 369 boksçusu qatılacaq. Döyüşlər saat 13:00-da başlanacaq. Qaliblərin adına isə iyunun 22-də aydınlıq gələcək.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, birinciliyin baş hakimi Emil Qurbanəliyev olacaq.

Boks üzrə Azərbaycan birinciliyi start götürür