• 18 Aprel 2024
logo
AZE Nakhchivan-Köln SK”  Almaniyada təqdim olunacaq

AZE Nakhchivan-Köln SK” Almaniyada təqdim olunacaq

2020-ci il fevralın 15-də “AZE Nakhchivan-Köln SK” Futbol Klubunun təqdimat mərasimi keçiriləcək. Klubun mətbuat xidmətindən verilən məlumata təqdimat mərasimi klubun bazasında baş tutacaq. Almaniyanın Köln şəhərində baş tutacaq təqdimat mərasiminə Almaniyadan, Türkiyədən və müxtəlif ölkələrdən idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda alman mediası dəvət olunacaq.
Bundan başqa Azərbaycandan da idman ictimaiyyətinin tanınmış simaları, eyni zamanda futbola maraq göstərən müxtəlif ictimai-siyasi xadimlər, incəsənət asdamları və media nümayəndələri dəvətlilər sırasında olacaq.
Tədbirdə eyni zamanda klubun planları haqqında məlumat verilcək. Həmçinin klubun forması və saytı təqdim olunacaq.

“AZE Nakhchivan-Köln SK” Futbol Klubunun mətbuat xidməti