• 17 Yanvar 2025
logo
Xoy stadionunda türkcə milli şüarlar səsləndirilib

Xoy stadionunda türkcə milli şüarlar səsləndirilib -VİDEO

Qərbi Azərbaycanın Xoy şəhərində keçirilən futzal üzrə Ramazan kuboku oyunlarında tamaşaçılar türk dilində milli şüarları səsləndiriblər.
Azarkeşlər “Azərbaycan var olsun, istəməyən kor olsun” şüarını səsləndirib və "Traxtur-Azərbaycan" klubuna dəstək marşları oxuyublar.
Bununla yanaşı azərbaycanlı tamaşaçılar üzərində “Sən çağırsan gələrəm mən, Sən yaşa Azərbaycan” sözləri yazılmış plakatlar qaldırıblar.
Bundan öncə aprelin 11-i və 25-də Sulduz və Urmu şəhərlərində keçirilən yarışlarda da azərbaycanlılar oxşar şüarlar səsləndirib.
Onlar Tehran hökumətinin türk dilinə qarşı qadağalarına etirazlarını bildirib, Güney Azərbaycan torpaqlarına iddia edən terrorçu silahlı qruplaşmalara xəbərdarlıq ediblər.
Gunaz.tv