• 26 Aprel 2024
logo
UEFA Azərbaycan klublarına 85 280 avro verib

UEFA Azərbaycan klublarına 85 280 avro verib

2018-19-cu il mövsümündə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərində iştiraka görə UEFA tərəfindən ayrılmış 85 280 avro vəsait Azərbaycan klublarının hesabına köçürülüb:

Bu vəsait AFFA-nın vasitəsilə klublara köçürülüb. Köçürülmədən “Qarabağ” 51920, “Neftçi”, “Qəbələ” və “Keşlə” hərəyə 11120 avro əldə edib.

“Keşlə” üçün nəzərdə tutulmuş vəsait aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan Klubun hesabına köçürüləcək.