• 29 May 2022
logo
Azərbaycan millisi Kolumbiya ilə qarşılaşa bilər

Azərbaycan millisi Kolumbiya ilə qarşılaşa bilər

Kolumbiya yığması 2024-cü ildə Azərbaycanla qarşılaşa bilər.
Bunun 2024/25 mövsümündə Millətlər Liqasında baş tutması mümkündür.
UEFA ilə KONMEBOL arasında anlaşmaya əsasən, növbəti Millətlər Liqasında Cənubi Amerikanın 10 komandası da mübarizə aparmalıdır. Həmin yığmalar isə reytinqlərinə əsasən, liqalara bölünəcəklər.
Kolumbiya mətbuatı bu ölkənin yığma komandasının C Liqasında iştirakının daha real olduğunu yazıb. Hazırda həmin liqada Azərbaycan millisi də yer aldığından, kolumbiyalıların qrupda yığmamıza rəqib olması mümkündür. Radamel Falkao, Duvan Zapata, Hames Rodriges, David Ospina kimi ulduz futbolçuların formasını geyindiyi Kolumbiyanın B Liqasında oynamaq ehtimalı isə çox az göstərilib.
Hələlik Cənubi Amerikadan yalnız Braziliya və Argentinanın A Liqasında Avropa nəhəngləri ilə mübarizə aparacağı dəqiqdir. Digər 8 komanda həmin dövrdəki reytinqlərinə görə səpələnəcək.
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasının 2022/23 mövsümündə C Liqasının 3-cü qrupunda Slovakiya, Belarus və Qazaxıstanla mübarizə aparacaq.