• 3 Dekabr 2020
logo
Çindən Özilə qarşı şok qadağalar

Çindən Özilə qarşı şok qadağalar

Çində Londonun “Arsenal” klubunun futbolçusu Mesut Özillə bağlı inanılmaz qadağalar tətbiq edilib.
Bu barədə “Teleqraf” nəşri məlumat yayıb.
Artıq sosial şəbəkələrdə türk əsilli alman futbolçunun səhifələri qapadılıb, internet axtarış xidmətlərinə Özil ilə bağlı sorğuları cavablandırmaq qadağan edilib, futbolçunun fan-klubunun fəaliyyəti də bloklanıb.
Xatırladaq ki, buna səbəb Özilin bir neçə gün öncə Çinin Sintszyan-Uyğur muxtar vilayətində uyğur türklərinə təzyiq göstərilməsi barəsində paylaşımı olub. Özil Şərqi Türküstanda insanlara zülm edilməsi, Quranın yandırılması, məscidlərin bağlanması, uyğur din adamlarının qətlə yetirilməsi, ümumilikdə Çinin uyğur türklərini assimilyasiya etməyə çalışmasını qeyd edib.
Bunun ardınca Çinin CCTV dövlət telekanalı İngiltərə Premyer Liqasında “Arsenal” – “Mançester Siti” matçının yayımını ləğv etmişdi.