• 28 May 2022
logo
“Liverpul” Kloppla müqaviləni uzadacaq

“Liverpul” Kloppla müqaviləni uzadacaq

“Liverpul” baş məşqçisi Yurgen Kloppla danışıqlara başlayıb.
Tərəflər 2024-cü ilin yayında başa çatacaq müqaviləni uzatmaq niyyətindədir.
İngiltərə klubu 54 yaşlı mütəxəssisi daha uzun müddət bu postda saxlamaq fikrindədir. Yeni anlaşma ən azı 4 il müddətinə nəzərdə tutulacaq.
Klopp indiki müqaviləsi ilə ildə 10 milyon funt sterlinq qazanır. Yeni şərtlərin daha yaxşı olacağı gözlənilir.
Qeyd edək ki, Klopp 2015-ci ildən “Liverpul”u çalışdırır.