“Fənərbaxça”nın yeni baş məşqçisi böyük ölçüdə müəyyənləşib.
“cnnturk”ün məlumatına görə, Türkiyə klubu Jorje Jezuşla anlaşıb.
“Sarı-lacivərdlilər”in prezidenti Ali Koç Lissabona yollanaraq, 68 yaşlı mütəxəssislə bir araya gəlib. Tərəflər arasında danışıqlar müsbət məcrada keçib və ilkin razılıq əldə olunub. Portuqaliyalı çalışdırıcının məşqçi korpusu ilə birlikdə illik qazancı 6 milyon avro təşkil edəcək. Jezuş yeni komandası ilə 2+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, son klubu “Benfika” olan Jorje Jezuş məşqçi karyerasında ölkə daxilində 3 dəfə Portuqaliya çempionluğunu, 6 dəfə kubokunu, 1 dəfə isə Superkubokunu qazanıb.