• 26 May 2022
logo
Erlinq Haland “Mançester Siti” ilə müqavilə bağlayıb

Erlinq Haland “Mançester Siti” ilə müqavilə bağlayıb

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın mövsümün sonunda “Mançester Siti”yə keçəcəyi dəqiqləşib.
Bu iddia ilə “Daily Mail” çıxış edib.
Bildirilib ki, 21 yaşlı forvardın meneceri Premyer Liqa klubu ilə ilkin müqavilə imzalayıb. Anlaşmaya əsasən, Norveç millisinin üzvü “şəhərlilər”lə 2027-ci ilin yayına qədər sözləşmə imzalayacaq və həftəlik məvacibi 500 min funt sterlinq olacaq.
Bununla Haland Premyer Liqada ən çox maaş alan oyunçuya çevriləcək. Hazırda ən yüksək ödənişli futbolçu “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruynedir (385 min). İngiltərə klubu bu keçid üçün Almaniya klubuna 63 milyon funt sterlinq (76 milyon avro) ödəyəcək. Transfer yaxın həftələrdə tamamlanacaq.
Qeyd edək ki, Erlinq Haland “Borussiya”ya 2020-ci ildə “Zalsburq”dan keçib.