• 28 May 2022
logo
Bakıda klassik avtomobillərin yürüşü olacaq

Bakıda klassik avtomobillərin yürüşü olacaq

Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 29-da klassik avtomobillərin yürüşünü keçirəcək.
Federasiyadan verilən xəbərə görə, Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcəklər.
Bununla əlaqədar olaraq, AAF klassik avtomobil sahiblərini və avtomobil həvəskarlarını tədbirdə iştiraka dəvət edir. 1982-ci ilədək istehsal olunan klassik avtomobil sahibləri 23 may saat 18:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər.
Qeydiyyat üçün əlaqə:
(012) 505 60 03 və ya (050) 295 01 00
e-mail: [email protected]
Qeydiyyatdan keçən avtomobil və sahibləri 29 may tarixində saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.