• 27 May 2022
logo
“Qarabağ” 16-cı dəfə mükafatçı olacağını rəsmiləşdirib

“Qarabağ” 16-cı dəfə mükafatçı olacağını rəsmiləşdirib

“Qarabağ” Azərbaycan çempionatları tarixində 16-cı dəfə mükafatçılar sırasına düşüb.
İlk “üçlük”də yerini təmin edən Ağdam təmsilçisi bunadək 8 qızıl, 4 gümüş və 3 bürünc medal əldə edib.
Qurban Qurbanovun yetirmələrinin bu dəfə qazanacağı medalın əyarı artıq yaxın turlarda dəqiqləşə bilər. 11 xallıq üstünlüyə malik “Qarabağ”ın çempionluğu demək olar şübhə doğurmur.
Ağdam klubu həm də avrokuboklara vəsiqə əldə edib. Bölgə təmsilçisi tarixində 19-cu dəfə qitə miqyaslı yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanıb.
İndiyədək 18 dəfə Avropaya çıxan “Qarabağ” son 9 mövsümdə qitə kuboklarında oynayıb. Qurban Qurbanovun yetirmələri ardıcıl 10-cu dəfə buna nail olub.