• 27 May 2022
logo
“Qarabağ” Avropada mövqeyini qoruyub

“Qarabağ” Avropada mövqeyini qoruyub

Avropanın top komandalarının aprel reytinqi açıqlanıb.
Cədvəldə qitənin 450 ən yaxşı klubu yer alıb.
Azərbaycan siyahıda üç komanda ilə təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır.
Ağdam təmsilçisi 213 xalla Avropanın 86-cı komandasıdır. Qurban Qurbanovun yetirmələri ötən cədvəldəki mövqeyini qoruyub.
“Neftçi” 30 xalla 244-cü sırada qərarlaşıb. 10 xal geri qalan “Qəbələ” 291-cidir.
Qeyd edək ki, siyahıya 2343 xala malik “Qarabağ” başçılıq edir.