• 28 May 2022
logo
Kərim Benzema rekordlar vurub

Kərim Benzema rekordlar vurub

Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin ilk oyununda “Çelsi”nin qonağı olan “Real” 3:1 hesablı qələbə qazanıb.
Het-triklə qarşılaşmanın qəhrəmanı olan “kral klubu”nun hücumçusu Kərim Benzema cari mövsüm ÇL-dəki qol sayını 11-ə çatdırıb.
Bununla 34 yaşlı forvard qitənin ən nüfuzlu klub turnirinin bir mövsümündə 10 və daha çox qol vuran ilk fransalı olub. Çempionlar Kubokunu nəzərə alsaq, fransızlardan buna qədər yalnız Jüst Fonte 1958/59 mövsümündə 10 qolla nail olmuşdu.
Eyni zamanda Benzema “Real”ın forması altında bu turnirdə 120-ci oyununu keçirib. O, bir klubda Çempionlar Liqasında ən çox görüşə çıxan futbolçuların siyahısında 11-ci yerə yüksəlib. Kərim əzəli rəqib “Barselona”nın müdafiəçisi Jerar Pikeyə çatıb. Bu siyahıya isə 151 matçla Xavi Ernandes (“Barselona”) başçılıq edir.
Bundan başqa, Kərim karyerasında ilk dəfə bir mövsümdə 40 qol həddini keçib. O, 2021/22 mövsümündə “Real”da 36 oyunda 37, Fransa millisində isə 7 oyunda 5 dəfə fərqlənib.