• 27 May 2022
logo
“Keşlə”nin adı rəsmən dəyişdirilərək “Şamaxı” olub

“Keşlə”nin adı rəsmən dəyişdirilərək “Şamaxı” olub

Peşəkar Futbol Liqası (PFL) “Şamaxı”nı “Keşlə”nin tamhüquqlu xələfi kimi rəsmən qəbul edib.
Bu barədə qurum rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, “Keşlə” ad dəyişikliyi ilə bağlı UEFA, AFFA və PFL-ə müvafiq qaydada rəsmi müraciət edib. Bütün hüquqi prosedurlar yekunlaşdıqdan və sənədlər tam şəkildə təqdim olunduqdan sonra PFL “Şamaxı”nı tamhüquqlu xələf olaraq qəbul edib. “Şamaxı” ev oyunlarını Şamaxı şəhər stadionunda keçirəcək.
Qeyd edək ki, bu komandanın adı 3-cü dəfə dəyişikliyə məruz qalıb. 1997-ci ildə yaranan və 1999-cu ildən güclülər dəstəsində oynayan “Xəzər Universiteti” 7 il sonra - 2004-cü ildə “İnter” adlanmağa başlayıb. Komanda 2017-ci ilin oktyabrından isə “Keşlə” adı altında çıxış edib.