“Real” Çempionlar Liqasının “Çelsi” ilə oyununa baş məşqçisiz çıxa bilər.
Karlo Ançelottinin 1/4 final mərhələsinin Londondakı ilk oyununda iştirak etməsi real görünmür.
O, İngiltərəyə uçan heyətdən kənar qalıb. Buna italiyalı mütəxəssisin koronavirusa yoluxması səbəb olub.
Ötən ayın sonlarında xəstələnən Ançelotti London səfəri ərəfəsində təkrar test verib. Testi yenə müsbət nəticələnən mütəxəssis komandadan kənar qalıb.
Buna baxmayaraq, Ançelottinin bu matçda “Real”a rəhbərlik etmək ümidi qalır. Sabah yenidən test verməyi planlaşdıran mütəxəssis özünü matçadək Londona yetirmək fikrindədir.
Qeyd edək ki, “Çelsi” – “Real” matçı aprelin 6-da keçirilıəcək.