• 3 İyul 2025
logo
Lui van Qal xərçəng xəstəliyindən əziyyət çəkir

Lui van Qal xərçəng xəstəliyindən əziyyət çəkir

Niderland millisinin baş məşqçisi Lui van Qal aktiv prostat xərçəngi ilə mübarizə aparır.
Bunu 70 yaşlı mütəxəssis özü açıqlayıb.
O, millinin futbolçularının fikrini bununla yayındırmaq istəmədiyi üçün xəstəliyini gizli saxladığını söyləyib. Van Qal artıq 25 şüa terapiyası prosedurundan keçdiyini deyib: “Birlikdə işlədiyiniz insanlara bunu söyləməmək daha yaxşıdır. Çünki bu, onların seçiminə, qərarlarına təsir edə bilər. Ona görə də düşündüm ki, oyunçular bilməsin. Prostat xərçəngindən ən azı 90 faiz ölmürsən”.
Qeyd edək ki, Lui van Qal ötən ilin avqustundan Niderland millisinə rəhbərlik edir və komandasını DÇ-2022-yə yüksəldib. O, 2012-2014-cü illərdə də ölkəsinin milli komandasını çalışdırıb.