• 29 Mart 2024
logo
İtaliya klubundan "Beşiktaş"a 7 milyon avroluq təklif

İtaliya klubundan "Beşiktaş"a 7 milyon avroluq təklif

İtaliyanın "Latsio" futbol klubu Türkiyənin "Beşiktaş" klubunun yarımmüdafiəçisi Dorukhan Toközü transfer etmək istəyir.
Trend-in məlumatına görə, Roma təmsilçisi Türkiyə millisinin üzvü üçün artıq İstanbul klubuna rəsmi təklif verib. Təklifin dəyəri 7 milyon avrodur.
"Beşiktaş"ın 23 yaşlı yarımmüdafiəçisi isə transfer üçün 12 milyon avro tələb edib.
Qarşı tərəfin bu təklifi dəyərləndirəcəyi isə hələlik bəlli deyil.