• 7 Dekabr 2024
logo
Güney Azərbaycanın ən yaşlı futbol klubu dağılmaq üzrədir

Güney Azərbaycanın ən yaşlı futbol klubu dağılmaq üzrədir

Güney Azərbaycanın ən qədim futbol klubu “Maşinsazi” maliyyə və idarəetmə problemləri səbəbindən dağılmaq ərəfəsindədir.
Klubda çıxış edən idmançılar aylardır heç bir əmək haqqı almadıqlarını bildirib, klub rəhbərliyinə xəbərdarlıq ediblər.
Onlar martın 4-ə qədər ödənişlərin yerinə yetirilmədiyi təqdirdə klubdan ayrılacaqlarını bildiriblər.
“Maşınsazi”nin ölkənin birinci futbol liqasının iyirminci həftəsində martın 5-i, şənbə günü Astara şəhərinin “Şəhrdari” komandası ilə qarşılaşacaq.
Oyun ərəfəsi klubda baş verən böhran tərəfdarları məyus edib.
Qeyd edək ki. yanvarın 4-ü, axşam saatlarında Təbrizin İran parlamentindəki bir neçə nümayəndəsi, Milli Mis Şirkətinin rəhbəri, İranın Sənaye, Mədən və Ticarət naziri və Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəmin iştirakı ilə keçirilən toplantıda “Maşinsazi” və “Traxtur” klublarının İran Milli Mis Şirkətinin malikiyyətinə verilməsi barədə andlaşma imzalanıb.
Azərbaycan klublarının maliyyə problemlərinin həll ediləcəyinə söz verilməsinə baxmayaraq, bu günə kimi bu yerinə yetirilməyib və bir sıra kirmanlı millət vəkilləri “İran Milli Mis Şirkəti”nin Azərbaycan klublarına büdcə ayırmasına imkan verməyəcəklərini bildiriblər.
Gunaz.tv