• 9 Dekabr 2024
logo
Pekin-2022: Rusiya və Belarus neytral statusda iştirak edəcək

Pekin-2022: Rusiya və Belarus neytral statusda iştirak edəcək

Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarus təmsilçiləri ilə bağlı qərarını verib.
Hər iki ölkənin milli komandası Pekin Qış Paralimpiya Oyunlarında iştirak edəcək.
Rusiya və Belarus təmsilçilərinin yarışa buraxılmasına icazə verilib. Bu yığmalar Qış Paralimpiya Oyunlarında neytral statusda, bayraqsız və himnsiz iştirak edə biləcək. Onların nəticələri qeyri-rəsmi komanda hesabında da nəzərə alınmayacaq.
Qeyd edək ki, Pekin-2022 Qış Paralimpiya Oyunları martın 4-13-də keçiriləcək.