Ukraynalı futbolçu Dmitri Litvin “SKA-Xabarovsk”dan ayrılıb.
Buna səbəb Rusiya qoşunlarının Ukraynada hərbi əməliyyat keçirməsidir.
Rusiyanın ikinci liqa təmsilçisi 26 yaşlı müdafiəçi ilə müqaviləni qarşılıqlı razılıqla ləğv etdiyini açıqlayıb. Halbuki Litvin “SKA-Xabarovsk”a ötən ilin yayında keçib. O, cari mövsüm 18 oyunda 1 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Rusiya fevralın 24-dən Ukraynada xüsusi əməliyyat keçirir.