Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Belarusun basketbol üzrə milli komandasının vizalarını ləğv edib.
Bu barədə Böyük Britaniyanın daxili işlər naziri Priti Patel "Twitter" hesabında yazıb.
O deyib ki, Belarusun kişilərdən ibarət basketbol komandasının vizasını ləğv edib, onların sabah axşam Nyukaslda oyunu var idi.
"Böyük Britaniya Putinin Ukraynaya səbəbsiz və qeyri-qanuni işğalında iştirak edən ölkələrin milli idman komandalarını qəbul etməyəcək" - Priti Patel qeyd edib.
O bildirib ki, digər Belarus idmançılarını da ölkəyə buraxmaq niyyətində deyillər.