Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Marsel” (Fransa) - “Qarabağ” (Azərbaycan) oyunu keçiriləcək.
Azərbaycanın Fransadakı Səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Marsel şəhərdə baş tutacaq qarşılaşmada Ağdam klubu və azərbaycanlı azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Səfirlik tərəfindən aidiyyəti qurumlar, eləcə də komanda rəsmiləri ilə müvafiq iş aparılıb.
Qeyd olunub ki, “Marsel” “Qarabağ” və azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin görüləcəyini bildirib.
Qeyd edək ki, “Velodrom”da keçiriləcək görüş matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu isə fevralın 24-də təşkil olunacaq.