Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022 Qış Olimpiya Oyunlarında çıxışını başa vurub.
Milliləşən rusiyalı idmançı bu gün sərbəst proqramla buz üzərinə çıxıb.
Onun çıxışı 155,04 xalla dəyərləndirilib. Vladimir bu hərəkətdə 19-cu olub. Təmsilçimiz iki proqramın cəmində 239,19 xal toplayıb. Litvintsev yarışı 18-ci yerdə başa vurub. Qısa proqramdan sonra 18-ci olan təmsilçimiz yekunda mövqeyini qoruyub.
Qeyd edək ki, olimpiya çempionu adına ABŞ təmsilçisi Natan Çen yiyələnib. O, 332,60 xal yığıb.
***
Saat. 08:50
Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022 Qış Olimpiya Oyunlarında çıxışını başa vurub.
Milliləşən rusiyalı idmançı bu gün sərbəst proqramla buz üzərinə çıxıb.
Onun çıxışı 155,04 xalla dəyərləndirilib. Təmsilçimiz iki proqramın cəmində 239,19 xal toplayıb.
Litvintsev yarışı başa vuran 19 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Yarış qısa proqramdan sonra ilk 5 sırada yer alanların çıxışı ilə yekunlaşacaq.